Bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində nənə və nəvənin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, həyata keçirilən operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.