Nərə cinsli balıqların, adı “Qırmızı Kitab”a düşən quşların ovlanmasına qarşı mübarizə gücləndirilib

Nərə cinsli balıqların, adı “Qırmızı Kitab”a düşən quşların ovlanmasına qarşı mübarizə gücləndirilib

Nərə cinsli balıqların, adı “Qırmızı Kitab”a düşən quşların ovlanmasına qarşı mübarizə gücləndirilib

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb. Araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib.

Sadalanan qanun pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanununauyğun ciddi tədbirlər görüləcək. Vətəndaşlardan Xəzər dənizində və ölkə ərazisində yerləşən su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Share: