Qəbələ rayonunun Vəndam qəsəbəsində açıq havada Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbəyə həsr olunmuş nərd turniri keçirilib.
Əvvəlcə Azərbaycan yığması ilə Qəbələ rayon komandası üz-üzə gəlib. Bu qarşılaşmada yığma komandanın üzvləri daha yaxşı təsir bağışlayıb 4 – 2. Turnirin ikinci günü şəxsi yarışlara start verilib.
Gərgin keçən mübarizədə 1-ci yerə Müsavər Qasımov, 2-ci yerə Səftər Alıcanov, 3–cü yerə Araz Alməmmədov layiq görülüb.
Digər yarış iştirakçıları Aslan Dəmirov, Şirzad Pirallahi, Elxan Atayev, Ağabala Xalidov, Yusif Əlizadə, Vaqif Zahidov, Abuzər Həşimov, Füzuli Əmiraslanov və Nicat Əsgərov mükafatçılar sırasına çıxa bilməsələr də turnirin keçirilməsindən çox məmnun qalıblar.
Ramil Əkbərov