Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.
Ümumi yığıncaqda keçirilən seçki ilə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri, seçki nəticəsində akademiklər – Akif Əlizadə sədr, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova vitse – prezidentləri seçiliblər.
Rasim Əliquliyev AMEA-nın akademik – katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, Ismayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.
AMEA-nın Rəyasət Heyətinə akademiyanın müxbir üzvü Bilal Bilalov da seçilib. (apa)