Nərminin qətli ilə bağlı müəmma: Polis mane olub? – Rəsmi

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva qatili İlkin Süleymanovun əmisi oğlunun polis olduğu və onun Süleymanovların evində axtarış aparmasına mane olması barədəyayılan xəbərlərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, onun əmisi oğlu həqiqətən də polisdir.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, İlkin Süleymanovun əmisi oğlu sıravi bir polis serjantıdır, amma Nərminlə bağlı aparılan əməliyyatda və istintaqda iştirak etməyib.

E.Zahidov həmçinin qeyd edib ki, axtarış qrupuna rəhbərlik edən polis zabitinin istintaqa cəlb edilməsi ilə bağlı yayılan xəbərlər də şayiədir.

Məsələ ilə bağlı Nərmin Quliyevanın ailəsindən saytımıza bildirilib ki, İlkin Süleymanovun həqiqətən də rayonda polis vəzifəsində çalışan əmisi oğlu var. Amma onun istintaqa mane olması ilə bağlı yayılan xəbərlərin doğru-olub olmadığını bilmirlər.

Ailə onu da bildirib ki, Nərminin qətlində 4 nəfərin əli var. Lakin istintaq aparıldığı üçün əlavə məlumat verə bilmirlər:

“Nərminin 7 mərasimindən sonra hüquq mühafizə orqanları daha ətraflı məlumat verəcək”.

Müstəqil.Az

Share: