Nərminin qatili saxlanıldı – Yenilənib

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Müstəqil.Az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

***

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, belə bir şey olsa ictimaiyyətə geniş açıqlama veriləcək.

***

Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanılan şəxs barədə Trend-ə açıqlama verib.

L.Quliyev bildirib ki, hadisə ilə bağlı saxlanıldığı deyilən İlkin Süleymanov həmin kənddə yaşayır:

“İlkin bizim evdən 500-600 metr aralıda yaşayır. Kənddə tanıdığımız adamdır. Qohumluq əlaqəmiz yoxdur, amma İlkin Nərminin atası Şərifin sinif yoldaşıdır. Hüquq-mühafizə orqanları onu izahat almaq adı ilə aparıblar. Amma qətlin kimin tərəfindən törədilməsi barədə bizə heç nə deməyiblər. Biz də eşitmişik ki, İlkini polisə çağırıblar. Amma nə vaxt çağırıblar, niyə çağırıblar xəbərimiz yoxdur. Bu dəqiqə başımız qarışıqdı, onu araşdırmaq halında deyilik”.

Murad Əhməd

Share: