Bakının məşhur “Nəsimi bazar”ının sökülməsinə rəsmi münasibət bildirilib.
Müstəqil.az xəbər verir ki,”Nəsimi Bazarı” ASC-nin nümayəndəsi Vaqif Adıgözəlov Unikal.org-a bildirib ki, “OLYMPUS park” şirkəti ilə hələlik razılıq əldə edilməyib: “Bəli, bazar artıq “Pilot layihə”yə salınıb. Amma, sökülməsi ilə bağlı konkret qərar yoxdur. “OLYMPUS park” şirkətindən çox söz deyə bilərlər. Bu barədə çox şey deyə bilərlər. Amma deyən oğlan əvvəl buranı alır, sonra tikinti qərarı verir. Əvvəla bizimlə razılaşdırılmadan orada necə tikintiyə başlaya bilərlər? Buranın da yiyəsi var. Sahibi Mirhacıyev Sabit Sənan oğludur. Danışıqlar gedir. Hələlik danışıqların detalları açıqlanmır. Açıqlanmasa belə, deyə bilərəm ki, hələlik razılıq əldə edilməyib”.
“OLYMPUS park” şirkətindən isə Unikal.org-a bildirilib ki, bu ilin sonunadək bazar söküləcək: “Artıq “OLYMPUS park” şirkəti 18 mərtəbədən ibarət 4 böyük hündürmərtəbəli binanın layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərib. Komitə tərəfindən layihə təsdiqlənərək Nəsimi rayon İcra Hakimiyyətinə yönləndilib. İcra Hakimiyyətindən də tikintinin həyata keçirilməsi üçün işlərin aparılmasına dair razılıq almışıq. Artıq bazar rəhbərliyi ilə danışıqlar aparılıb və razılıq əldə olunub, ilin sonuna kimi, söküntü işlərinə başlayacağıq”.