Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi — Fotolar

Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi — Fotolar

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 700-dən artıq sakinin yaşadığı 3-cü mkr., Cavadxan küçəsi 28, 32 saylı, hər biri 4 girişli, 5 mərtəbəli binaların yerləşdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 28 və 32 saylı binaların fasadları əsaslı təmir edilib, dam örtükləri təmir olunub, yağış suları axıdan borular və navalçalar yenilənib, 28 saylı binanın 4 ədəd giriş qapısı və 16 ədəd pəncərəsi dəyişdirilib, giriş hissələri aqlay daşla üzlənib. 400 p.m. istinad divarı tikilərək aqlay daşla üzlənib.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 500 kv.m-ə yaxın tamet daşı vurulub, 1000 kv.m-dən artıq qazon salınıb, 300 p.m yeni bardürlər qoyulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

500-dək ağac və müxtəlif növ gül kolları əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 200 p.mə yaxın su xətti çəkilib. Həyətdə 7 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.


Share: