“Nəticəsiz danışıqlar saatlı bombaya çevrilmişdi….” – Elnur Aslanov Qarabağ ətrafında baş verənlərdən yazır

“Nəticəsiz danışıqlar saatlı bombaya çevrilmişdi….” – Elnur Aslanov Qarabağ ətrafında baş verənlərdən yazır
Məşhur Ukrayna saytlarından birində 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri yer alıb.
Müstəqil.Az Sfera.az-a istinadən sözügedən məqaləni oxucularına təqdim edir:
Ermənistanla Azərbaycan arasında yaşanan qarşıdurmanın hansısa bir məqamda kəskinləşəcəyi faktı bütün müşahidəçilər və Dağlıq Qarabağdakı münaqişə iştirakçıları üçün aydın idi. Mübahisəli ərazi və 30 il davam edən nəticəsiz danışıqlar saatlı bombaya çevrilmişdi. Və günlərin birində bu bomba işə düşdü. Sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ ərazisində əks-hücum əməliyyatına başladı.
Dağlıq Qarabağdakı müharibənin səbəbləri
Hər iki tərəf əraziyə haqqı olduğunu iddia edir. Hüquqi baxımdan Dağlıq Qarabağ ərazisi Azərbaycanın bir hissəsidir, həmin ölkənin sərhədlərinə daxildir və bu Ermənistandan başqa bütün dünya ölkələri tərəfindən tanınır. Erməni xalqının nümayəndələrinin Dağlıq Qarabağ ərazisində məskunlaşması, 1991-1992-ci illər arasında sözügedən ərazinin Ermənistan tərəfindən işğalı üçün səbəb oldu. Sonra Ermənistan ərazidə yaşayan mülki əhaliyə qarşı qırğın törətdi – minlərlə insan itkin düşdü və öldürüldü.
Dünya ictimaiyyətin Qarabağ münaqişəsinə reaksiyası necə olub?
BMT Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən dörd qətnamə qəbul edib. Amma Ermənistan heç bir qətnaməyə məhəl qoymayıb. 1994-cü ildə ərazidə atəşkəs haqqında razılıq əldə edilib. Sözügedən əraziErmənistan tərəfindən işğal olunsa da, əvvəlkitək Azərbaycanın tərkibinə daxildir.
Münaqişə niyə sülh yolu ilə həll olunmadı?
29 ildir ki, Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Bu məqsədlə dəfələrlə dünya ictimaiyyətinə müraciət edib, həmişə də anlayışla qarşılanıb. Amma münaqişə xaricində olan ölkələrin səlahiyyəti yalnız qətnamələr qəbul edib, baş verənlərlə bağlı öz mövqeyini bəyan etməyə çatırdı.Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar əlaqə qrupu da yaradılmışdı və münaqişənin nizamlanması məqsədi ilə Madrid prinsipləri də işlənib hazırlanmışdı, amma bütün səylərboşa çıxdı. Azərbaycanın nail olmağa çalışdığı ölkələrarası dialoq heç bir nəticə vermədi.
Bu gün nə baş verir?
1. Azərbaycan planlı şəkildə ərazilərini işğaldan azad edir. Cəmiyyət ən yüksək səviyyədə səfərbər olunub.
2.Mediada təsdiqlənməmiş məlumatlar yayılır:
– Türkiyənin döyüş meydanlarında Azərbaycana verdiyi dəstəklə bağlı yanlış məlumatlar mətbuatda yer alır. Türkiyə prezidentinin Azərbaycana sözdə ifadə etdiyi dəstək türk ordusunun Dağlıq Qarabağda döyüşməsi kimi təqdim olunur. Bunun sübutu yoxdur. Bu fakt həm Azərbaycan, həm də Türkiyə tərəfindən təkzib olunsa da, Türkiyənin Azərbaycanı dəstəkləməsi faktı Ermənistanın baş naziri Paşinyan üçün dünya ölkələri arasında özünə aşkar tərəfdarlar axtarmasına və kənar dövlətləri hərbi əməliyyatlara müdaxilə etməklə Ermənistana dəstək verməyə çağırmasına bəhanə olub.
– Azərbaycan tərəfdə döyüşən yaraqlılarla bağlı da feyk məlumatlar yayılmaqdadır. Hətta bu məlumatları “təsdiqləyən” videomateriallar da peyda olmuşdu. Amma bütün materialların saxtalaşdırıldığı ortaya çıxdı. (saxtalaşdırmanı həmçinin “Reuters” xəbər xidməti də aşkar etdi.). Dağlıq Qarabağda yaraqlıların olması danılmaz faktdır, amma erməni hərbçiləri dəfələrlə bəyan edib ki, yaraqlılar onların tərəfində döyüşür. Ermənilər dəfələrlə PMC “Wagner”in Ermənistan tərəfdə döyüşmək üçün bölgəyə gələcəyi ilə bağlı şaiyələr yayıb. Dünyanın bir neçə ölkəsi Dağlıq Qarabağ ərazisində yaraqlıların mövcudluğundan narahat olduğunu bildirdirib.
3. Dağlıq Qarabağla əlaqəsi olmayan dinc əhalinin yaşadığı ərazilər də bombardman edilir. Erməni tərəfi Xankəndi şəhəri ərazisində hərbi obyektlər yerləşdirib və bu obyektdən Azərbaycan ərazisini atəşə tutur.
Hələ müharibənin ilk günlərində qoşunların şəhərdən çıxarılmasının vacibliyi barədə erməni tərəfinə xəbərdarlıqlar göndərilmişdi. Erməni tərəfi əhalinin geri çəkilməsinə dair planın işlənib hazırlandığı haqda danışsa da, həmin plan üzrə hərəkət etmədi. Ermənistanın nəyə görə hərbi bazalarını mülki ərazidə yerləşdirməsi və dinc əhalini nə səbəbdən hərbi əməliyyatlar zonasından təxliyə etmədiyi aydın deyil. Azərbaycan Xankəndindəki hərbi bazaya bir neçə zərbə endirib.
Ermənistan xəbərdarlıq etmədən Azərbaycan ərazisinə raket atır, Qarabağdan 60 kim aralıda yerləşən Gəncəni vurur, həmçinin su anbarı və iri elektrik stansiyası olan sənaye şəhəri Mingəçevir (red. Qarabağdan 100 km. aralıda yerləşir) də raket zərbələrinə məruz qalır. Bundan sonra daha iki şəhər- Bakı ətrafında yerləşən Xızı və Abşeron rayonu gülləbaran edilir.
Qeyd edilməlidir ki, Qarabağ separatçılasrının rəhbəri mülki infrastruktura zərbə endirməyə hazır olduqlarını rəsmən bəyan etmişdi.
Dağlıq Qarabağda müharibə davam edir. Bu mərhələdə hər iki tərəfin sülh danışıqları masasına oturmağa hazır olması barədə danışmaq çətindir.
Dağlıq Qarabağla bağlı aparılan dialoq 29 ildə heç bir nəticə vermədi, hazırda qarşıdurma ən yüksək həddə çatıb, geriyə yol yoxdur.
Müstəqil.Az
Share: