“NA Group” artıq xidmətinizdədir!

“NA Group” artıq xidmətinizdədir!

“NA Group”​ komandası Ulu öndər Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir!” fikrinə əsaslanaraq bu yola çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “NA Group” – Əmək münasibətləri üzrə ekspert, qeyd olunmuş istiqamətdə tanınmış təlimçi, konsultant və “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” adlı kitabın müəllifi Nihad Əliyev tərəfindən təsis edilib.

“NA Group”un əsas missiyası keyfiyyətli təhsil verməklə insanları daha çox uğur əldə etməsinə səbəb olmaq, iş imkanlarını artırmaq və onlara daha yaxşı gələcək təmin etməkdir.

Şəhid ailəsi üzvlərinə və qazilərə qeyd olunmuş bütün xidmətlər üzrə ödənişsiz xidmət göstərilir.

Maddi sıxıntılar ucbatından gənclərimizin təhsildən kənarda qalmaması üçün “NA Group”da təşkil olunacaq təlimlər və digər xidmətlər hərkəsin büdcəsinə uyğun olaraq tənzimlənib.

“NA Group”​un üstünlükləri aşağıdakılardır:

1. Dərslər istər nəzəri, istərsə də praktiki biliklərə sahib müəllimlər, təlimçilər tərəfindən ən müasir metodlarla tədris olunur;

2. Ən effektiv metodlarla tədris prosesində tələbənin inkişafına zəmanət verilir;

3. Bütün təlimlər üzrə təlim, dərs iştriakçıları sertifikatla təmin olunurlar;

4. Keçirilən təlimlərdə, ilk dərs ödənişsiz sınaq dərsidir;

5. Dərs vəsaitləri ödənişsizdir;

6. Bundan başqa, dərslər həm əyani, həm online formatda keçirilir.

“NA Group”​, tədris olunacaq təlimləri və həyata keçiriləcək bir sıra xidmətləri nəzərə alaraq 5 sektordan ibarətdir. Bunlar aşağıdakılardır:

1. Tip – top language center – günümüz üçün lazım ola biləcək bir sıra dillərin peşəkar müəllimlər tərəfindən tədris olunduğu mərkəz.

İngilis dili,

SAT, TOEFL, İELTS,

Uşaqlar üçün ingilis dili,

Uşaqlar üçün rus dili,

Alman dili,

Fransız dili,

İtalyan dili,

Çin dili və s,

2. HR & Accounting Center – insan resursları, maliyyə və mühasibatlıq sahəsində tədris olunan təlimlər mərkəzi,

İnsan resurslarının idarə olunması təlimi,

Əmək məcəlləsinin nəzəri və praktiki təlimi,

Əmək haqqının hesablanması təlimi,

Peşəkar Mühasib Sertifikatına hazırlıq təlimləri,

0 – dan praktiki mühasibatlıq təlimi,

F3 (Financial Accounting) təlimi,

Praktiki 1C təlimi və s,

3.BPT ( Business Progress Trainings)-biznesin inkişafı üzrə  tədris olunan təlimlər mərkəzi.

Biznesin inkişafı üzrə təlim,

Marketinq təlimləri,

Satış təlimləri,

İSO beynəlxalq idarəetmə təlimləri,

SƏTƏM və s,

4. İmtahan və müsabiqələrə hazırlıq – bir sıra imtahan və müsabiqələr üçün tədris olunan hazırlıq təlimlərinin mərkəzi.

Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarına hazırlıq,

Vergi orqanlarına hazırlıq,

Gömrük orqanlarına hazırlıq,

Sürücülük vəsiqəsi imtahanına hazırlıq,

Dövlət orqanlarının test və müsahibə mərhələsinə hazırlıq və s,

5. Konsultasiya və outsorsing xidmətləri – insan resursları, hüquq, vergi, maliyyə və mühasibatlıq sahəsində xidmətlər.

Ünvan: Şamil Əzizbəyov 140, Jalə plaza. ( 28 May metrosunun yaxınlığı)

Əlaqə nömrəsi: 099 726 66 46


Share: