“Nadirlə Ayan mahnımı məndən icazə almadan oxuyublar” – Samir

“Space” telekanalının efirində yayımlanan “Hər səhər” proqramı bu dəfə də rəngli məqamları ilə izləyicilərə xoş anlar yaşadıb.

Verilişin qonağı olan müğənni Samir “Pəncənin önündə gül saxlayıram sənin üçün” mahnısını ifa edib. Onun sözlərinə görə, bu mahnını ilk dəfə 2014-cü ildə oxuyub:

“Daha sonra Nadir Qafarzadə ilə Ayan Balakişiyeva duet şəklində ifa ediblər. Lakin mahnının müəllifi mənəm və onlardan əvvəl oxumuşam. Onların mahnımı pul verib almalarına gəldikdə isə bu bir az uzun məsələdir. Onlar bu mahnını oxuyan ərəfədə bir az aramızda söz-söhbət oldu. Çünki məndən icazəsiz oxumuşdalar. Sonra danışdıq və yola gəldik. Nadir həqiqətən çox gözəl insandır”.

Share: