Naftalanda Vətən müharibəsinin ilk mülki şəhid ailəsi ziyarət olundu — Fotolar

Naftalanda Vətən müharibəsinin ilk mülki şəhid ailəsi ziyarət olundu — Fotolar

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Naftalanda şəhid ailələri və qazilərlə görüşlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər Şəhid Qurbanovlar ailəsini ziyarət ediblər.

ŞİH-nin başçısı bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edib. Azərbaycan xalqı bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandı və bu zəfərlə bütün şəhidlərimizin qisası alındı.

Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirib.



Share: