Çanaqqala bölgəsində məsciddə günorta namazından sonra yatıb qalan E.D. xəstəxanalıq olub.
Müstəqil.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, namazını camaatla birlikdə qılan E.D. ikinci mərtəbəyə çıxıb və yatıb. O yatdığı müddətdə məsciddə axşam və işa namazları qılınsa da, o oyanmayıb. İşa namazından sonra imam məscidin qapısını kilidləyib və gedib.
Gecə yarısı oyanan və məsciddən çıxa bilməyən E.D. çox susayıb və ikinci mərtəbədən tullanıb. Tullanan zaman ayağı burxulan E.D-ni görəndə məscid işçisi imama zəng vurub və vəziyyəti bildirib. İmam da polisə və təcili yardıma xəbər verib. E.D hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb.