“Namizədliyi təsdiqlənən Mehti Ağagülovun İKT sahəsindəki uğurlu xidmətləri kimi öz seçicilərinin də etimadlarını doğruldacağına əminik…”- Aybəniz Zeynallı

Qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün  namizədliyini irəli sürən şəxslərdən biri də 78 saylı Lerik seçki dairəsi üzrə  Mehti Ağagülovdur.

Namizədliyini irəli sürdüyü öz doğma regionunu layiqli şəkildə təmsil edəcəyinə inandığımız bu hörmətli insan hər zaman öz zəhmətkeşliyi,vətənpərvərliyi,hər hansı hadisəyə münasibətdə öz vicdanlı və həssas mövqeyi ilə daima fərqlənmişdir.Hər addımında doğulub boya-başa çatdığı Lerik rayonu da daxil olmaqla  əziz Vətənimiz Azərbaycana olan sevgisini dilə gətirən bu vətənpərvər insan hər zaman Azərbaycanın inkişafı,sabitliyi və bütövlüyünə töhvəsini verməyə hazırdır.

Universitetdə təhsil aldığı dönəmdən iş fəaliyyətinə başlayan Mehti Ağagülovun karyerasının əsas hissəsi rabitə sahəsi ilə əlaqədardır.2005-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Dövlət Radiotezliklər İdararəsində mühəndis kimi fəaliyyətə başlayan Mehti Ağagülov öz əməksevərliyi,bacarığı və əldə etdiyi bilikləri peşəkar şəkildə təkmilləşdirməklə qısa müddətdə (2007-ci ildə) həmin idarənin Beynəlxalq Əlaqələr və Koordinasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir və hal-hazırda da həmin vəzifədə çalışmaqdadır.Bu sahədə çalışdığı vaxtdan indiki dövrə qədər o İKT sahəsinin inkişafı,dünyanın qabaqcıl ölkələrinin rabitə və texnologiyalar sahəsində təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsində mühüm xidmətlər göstərmişdir.Beynəlxalq səviyyəli təbirlərin və sərglərin ölkəmizdə təşkil edilməsində aparıcı rol oynamış həmçinin xaricdə keçirilən beynəlxalq tədbir və görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi ölkəmizin maraqlarını layiqincə təmsil etmişdir.İKT sahəsində və qonşu dövlətlərlə ikitərərəfli müqavilələrin imzalanmasında,peyk sahəsinin inkişafına rəvac verən proseslərdə öz bilik və bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

Bütün bunlar bir daha Mehti Ağagülovun deputat seçiləcəyi təqdirdə təmsil olunduğu regionun inkişafına ,region sakinlərini narahat edən problemlərin lazımı qrumlara çatdırılmasına və həll yollarının tapılmasına maksimum səy göstərməklə öz seçicilərin ümid və etimadlarını doğruldacağına dəlalət edir.

Aybəniz Zeynallı

Müstəqil.Az

Share: