“Napoleon” filmi etirazlara səbəb oldu

“Napoleon” filmi etirazlara səbəb oldu

“Napoleon” filminin rejissoru Ridli Skottun Napoleon Bonapartı Hitler və Stalinə bənzətməsi fransızların qəzəbinə səbəb olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rejissor öz müsahibəsində qeyd edib:

“Mən Napoleonu Makedoniyalı İsgəndər, Adolf Hitler, İosif Stalinlə müqayisə edirəm. Diqqətlə baxsanız, onların arasında heyrətamiz bənzərliyi gör bilərsiniz”.

Napoleon Fondundan Tierry Lentz isə filmin rejissoruna iradlarını belə bildirib: “Napoleon nə Fransanı, nə də Avropanı məhv etmədi. Onun irsi sonradan qəbul edildi və genişləndi”.

Share: