Narıngül Nadirin “QIR­MI­ZI” hekayəsi

Gül­sü­mün kənd­də ən çox çə­kin­di­yi adam Suğ­ra ar­vad­dır. Ona gö­rə ki, Gül­sü­mün ta­le­yin­də Suğ­ra ar­va­dın bir­ba­şa ro­lu var. Suğ­ra ar­va­dın söz­lə­ri­nə gö­rə, Gül­süm ağıl­dan yün­gül ol­du­ğu üçün vax­tın­da ərə ge­də bil­mə­yib. Gül­sü­mün yo­zu­mu isə baş­qa­dır. De­yir, ye­tim qı­zı alan kim idi? De­yir, is­tə­yə­nim çox olub, dəs­tə-dəs­tə el­çi­lər də gə­lib, qar­da­şım ar­va­dı im­kan ver­mə­yib.

Am­ma son­da, pis- yax­şı, bəx­ti açı­lıb. Suğ­ra ar­va­dın kö­mək­li­yi ilə onu özün­dən 30 yaş bö­yük, ar­va­dı öl­müş yaş­lı bir ki­şi­yə ərə ve­rib­lər. Gül­sü­mün ya­şı özü­nün de­di­yi­nə gö­rə 35, Suğ­ra ar­va­dın de­di­yi­nə gö­rə isə 40-dır. Əy­nin­də hə­mi­şə qır­mı­zı gül­lü pal­tar, aya­ğın­da da­ban­la­rı əzil­miş yün­gül yay ayaq­qa­bı­sı olur Gülsümün. En­li pal­ta­rı­nın be­li­ni na­zik toq­qa ilə sı­xıb bağ­la­yır. Ba­şı­na bağ­la­dı­ğı qır­mı­zı çi­çək­li yay­lı­ğın al­tın­dan gö­rü­nən saç­la­rı hiss olu­nur ki, na­şı əl­lə kə­si­lib. Çox gü­man ki, özü kə­sib. Arıq ol­du­ğun­dan uşaq ki­mi gö­rü­nür. Üzün­də hə­mi­şə gü­lüş olur. Nə­yə se­vin­di­yi, nə­yə gül­dü­yü bi­lin­məz, am­ma gü­lü­şü əs­kik ol­maz.

Suğ­ra ar­va­da gö­rə, ev­də qa­lıb qar­da­şı ar­va­dı­nın dan­la­ğı­nı gö­tür­mək­dən, qar­da­şı­nın uşaq­la­rı­na qul­luq et­mək­dən­sə, ye­nə ər evi yax­şı­dır. Bu yer­də Gül­süm də Suğ­ra ar­vad­la ra­zı­la­şır. Doğrudur, əri evi yax­şı ol­ma­ğı­na yax­şı­dır, am­ma iş ora­sın­da­dır ki, Gül­süm ər evin­də Suğ­ra ar­va­dın eti­ma­dı­nı doğ­rult­ma­yıb, tam o is­tə­di­yi ki­mi ar­vad olam­ma­yıb. Ər evin­də elə hoq­qa çı­xar­dıb ki, nə­yin­ki Suğ­ra ar­va­dın, heç kənd adam­la­rı­nın da yat­sa yu­xu­su­na gir­məz­di.

Kənd­də ba­la­ca­dan– bö­yü­yə ha­mı bi­lir ki, Gül­süm qo­ca və xəs­tə əri­ni, dəb­də­bə­li ge­yi­mi, ya­ra­şı­ğı ilə bu tə­rəf­lər­də ha­mı­nı hey­ran edən gənc və gö­zəl Dil­bə­rə qıs­qa­nır. Elə qıs­qa­nır ki, əgər Gül­süm­dən so­ruş­san ki, bu dün­ya­da nif­rət et­di­yin adam kim­dir, heç dü­şün­mə­dən de­yər ki, Dil­bər­dir. Ya­xud so­ruş­san ki, dün­ya­nın ən ax­maq qa­dı­nı kim­dir, ye­nə də ca­vab ve­rər ki, Dil­bər­dir.

Suğ­ra ar­vad özü də ba­şa dü­şür ki, Gül­sü­mü ida­rə et­mək elə də asan de­yil. Hər­çənd ki, Suğ­ra ar­vad qey­bət­cil ol­maq­la ya­na­şı, həm də kənd ar­vad­la­rı­nın ida­rə edə­ni­dir, ye­rin al­tı­nı da bi­lir, üs­tü­nü də. Da­nı­şan­da elə hə­vəs­lə, elə ma­raq­la da­nı­şır ki, elə bil aşıq toy­da das­tan da­nı­şır. Am­ma hər nə qə­dər ba­ca­rı­ğı ol­sa da, Gül­sü­mün hər ad­dı­mı­nı da iz­lə­yəm­məz axı… Heç Gül­sü­mün ad­dı­mı­nı izləmək  müm­kün də de­yil. Onun qəf­lə­tən yol­da pey­da ol­ma­sı­na ha­mı alı­şıb. Ne­cə gəl­di­yi bi­lin­məz, bir də ba­xar­san ki, gö­zü­nün qar­şı­sın­da, da­ha doğ­ru­su, kənd­də ən məş­hur yer olan, adam­la­rın sə­hər-ax­şam yı­ğış­dı­ğı kö­tü­yün qarşısında  bi­tib. Söh­bə­ti də ən çox kənd­də­ki toy­lar­dan olur. Suğ­ra ar­va­dın xə­bər­dar­lı­ğı­na bax­ma­ya­raq kənd­də toy olan­da Gül­süm bir həf­tə əv­vəl­dən o to­yun ha­va­sı­na uçur. Uşaq­lar­la bir­lik­də ən tez ge­dib toy­xa­na­da otu­ran, toy­dan ən son­da çı­xan da o olur.

Gül­sü­mü gö­rən ki­mi uşaq­lar ba­şı­na top­la­şır. Uşaq­la­rın ya­nın­da da­ya­nan Gül­sü­mə Suğ­ra ar­vad him-cim­lə ba­şa sa­lır ki, gəl, qo­şul ar­vad­la­ra. Gül­süm əlac­sız qa­lıb aya­ğı­nı sü­rü­yə-sü­rü­yə gə­lib ar­vad­la­rın ya­nın­da da­ya­nır, güc-bə­lay­la on­la­rın söh­bə­ti­nə qu­laq kə­si­lir. Suğ­ra ar­vad­dan çə­kin­mə­sə, dün­ya da­ğı­la ar­vad­lar top­la­şan ye­rə üz çe­vir­məz, elə uşaq­la­rın ya­nın­da da­ya­nar. Uşaq­lar da­ha ma­raq­lı­dır­lar. Kən­din ar­vad­la­rı hər şey­dən, çox vaxt da ağ­la gəl­mə­yən ha­di­sə­lər­dən da­nı­şır­lar. Be­lə də­rin­lik­lər onun üçün de­yil. Nə­yi­nə gə­rək­dir ki? Toy-qo­naq­lıq de­yil ki, bir kə­nar­da da­ya­nıb se­vin­sin, əy­lən­sin.

Ən pi­si də odur ki, aran­dan-dağ­dan da­nı­şan ar­vad­lar bir də gö­rür­sən söh­bə­ti heç nə­dən gö­zəl Dil­bə­rin üs­tü­nə gə­ti­rir­lər.

Dil­bə­rin adı­nı eşi­dən Gül­süm alov­la­nır, “ci­ni tə­pə­si­nə vu­rur,” əli­ni- əli­nə vu­rub vay­sı­nır.

-Bi­zim ki­şi Dil­bər­lə gə­zir. Ge­cə­lər hə­yət­də gö­rü­şür­lər-deyir.

Gül­sü­mün sö­zü­nə bö­yük­lü –uşaq­lı ha­mı gü­lü­şür.

Kənd­də “itoy­na­dan Mə­sim” ki­mi ta­nı­nan Mə­sim Gül­sü­mə ya­xın­la­şır.

– Gül­süm, de gö­rüm, ki­şi­ni çox qıs­qa­nır­sa­n?

– Əl­bət­tə! Ki­şi­lə­ri qıs­qan­maq gə­rək­dir, gə­rək gö­zün­dən kə­na­ra qoy­ma­ya­san, yox­sa, əl­dən ge­dər, qay­ta­ra bil­məz­sən. Ki­şi­lə­rə eti­bar yox­dur!

Gül­süm son cüm­lə­ni bir qə­dər şəst­lə, həm də hün­dür­dən söy­lə­yir ki, ha­mı eşit­sin… Bir az da də­rin gö­rün­mək is­tə­yir.

– Doğ­ru de­yir­sən, ki­şi­ni göz­dən qoy­ma! Göz­dən qoy­dun sə­nin de­yil!

Mə­si­min sö­zün­dən son­ra Gül­süm özü­nü top­la­yıb bü­tün gü­cü ilə bey­ni­ni işə sal­ma­ğa ça­lı­şır. Am­ma xey­li fi­kir­lə­şən­dən son­ra an­la­yır ki, Mə­sim bu də­fə də onu ələ sa­lır.

– Ələ sa­lır­sa­n?!

Aya­ğın­dan ayaq­qa­bı­sı­nın bir ta­yı­nı çı­xa­rıb Mə­si­mə to­laz­la­yır.

Suğ­ra ar­vad Gül­süm üçün ya­na-ya­na de­yir ki, heyf, sü­mü­yü yün­gül­dür bu­nun. “Ge­ne­ral” ki­mi ar­va­dın ye­ri­nə gə­tir­mi­şəm. De­dim, bu da ye­tim­dir, or­ta­lıq­da qal­ma­sın, bir ti­kə çö­rə­yi­ni ye­sin. Bu da ki, be­lə çıx­dı…

Gül­süm Suğ­ra ar­vad­dan baş­qa, ögey qı­zın­dan da çə­ki­nir. Ögey qız şə­hər­də ya­şa­yır və kən­də gə­lən ki­mi kö­tü­yün ya­nı­na gə­lir. Ya­nın­da da hə­mi­şə ekiz oğ­lan­la­rı olur. Bir-bi­rin­dən seç­mək ol­mur oğ­lan­la­rı­nı. Kü­rən, gom­bul uşaq­lar­dır, üz­lə­rin­dən ha­rın­lıq ya­ğır. Kən­də gə­lən ki­mi yo­la çı­xır­lar. Uşaq­lar­dan bi­ri kö­tü­yün kə­na­rın­da­kı ot­luq­da əy­lə­şir, ipi bo­şal­mış ayaq­qab­la­rı­nı Gül­sü­mə tə­rəf uza­dır ki, gəl ayaq­qa­bı­la­rı­mı bağ­la! Gül­süm bil­di­yi şə­kil­də uşa­ğa nə­va­ziş gös­tə­rir, əyi­lə­rək ayaq­qa­bı­la­rı­nın ba­ğı­nı bağ­la­yır. Ekiz­lə­rin o bi­ri ta­yı da irə­li gə­lib onun qar­şı­sın­da da­ya­nır:

-Mə­nim ayaq­qa­bı­la­rı­mı da aç, tə­zə­dən bağ­la!

Gül­sü­mün ögey qı­zı ar­vad­la­ra de­yir ki, Gül­süm ata­ma yax­şı qul­luq et­mir. Sə­li­qə­si də bir şey de­yil, atam ölən­dən son­ra çə­tin ki, bur­da qa­la.

Bu yer­də Suğ­ra ar­vad özü­nü sax­la­yam­mır, necə də olsa əda­lət his­si­ni bo­ğam­mır, qə­ti şə­kil­də eti­raz edir:

-Yox, ağıl­dan yün­gül ol­ma­ğı­na yün­gül­dür, am­ma sə­li­qə-səh­ma­nı­na, tə­miz­li­yi­nə söz ola bil­məz!

Ögey qızın söh­bə­tini eşi­dən Gül­sü­mün üzü tu­tu­lur, cəld ved­rə­lə­ri­ni gö­tü­rüb kə­na­ra çə­ki­lir, yo­la dü­zə­lir. Əs­lin­də, Gül­sü­mün kə­dər­li ol­ma­sı­nı heç kim is­tə­mir, ne­cə ol­sa, adam­la­rın ke­fi­ni açır…

Ev­lə­ri­miz ya­xın ol­du­ğun­dan əlin­də­ki boş ved­rə­ni yel­lə­yə-yel­lə­yə ge­dən Gül­sü­mün ya­nı­na dü­şü­rəm. Sa­kit­cə ye­ri­yi­rik. Hiss edi­rəm ki, üzü tu­tu­lub, da­nış­ma­ğa hə­və­si yox­dur. Ona ne­cə tə­səl­li ve­rə­cə­yi­mi, ke­fi­ni ne­cə aça­ca­ğı­mı dü­şü­nü­rəm. Am­ma bir­dən-bi­rə Gül­sü­mün üzü­nə gü­lüş qo­nur.

– Sa­bah kənd­də toy var.

Se­vin­ci dal­ğa-dal­ğa üzün­dən axa­raq köh­nə ayaq­qa­bı­la­rı­nın ucu­na qə­dər ya­yı­lır, az qa­la çiy­nin­də uç­ma­ğa ha­zır­la­şan qa­nad­la­rı gö­rü­nür.

– Eşit­dim Ba­kı­ya ge­dir­sən…

Ca­vab göz­lə­mə­dən hün­dür­dən bə­yan edir.

-Bu kən­di Al­lah da­ğıt­sın…

– Kənd da­ğıl­sa, ha­ra ge­də­cək­sən, ay Gül­sü­m?

Do­daq­la­rı­nı sı­xa­raq çi­yin­lə­ri­ni çə­kir. Göz­lə­ri­ni az qa­la yer­lə bir­ləş­mək­də olan gö­yün or­ta­sı­na da­ğıl­mış ma­vi–boz bu­lud­la­ra di­kir, san­ki ge­də­cə­yi ye­ri ax­ta­rır, am­ma heç vaxt ge­dib çı­xa bil­mə­yə­cə­yi­ni an­la­yır, as­ta­ca kök­sü­nü ötü­rür.

-Ba­kı­dan gə­lən­də mə­nə qır­mı­zı lak, kə­pə­nək­li san­caq, bir də­nə də qır­mı­zı bo­yun­ba­ğı al!

– Qır­mı­zı la­kı ney­nir­sən, Gül­sü­m? Uşaq de­yil­sən ki?..

– Qır­mı­zı ol­sun, qır­mı­zı­nı xoş­la­yı­ram.

Gü­lə-gü­lə söz ve­ri­rəm ki, müt­ləq o de­dik­lə­ri­ni ala­ca­ğam.

Se­vi­nir, üzü­nə ye­ni­dən xoş­bəxt tə­bəs­süm ya­yı­lır.

– Gə­ti­rib ve­rən­də xəl­vət ver, heç kim gör­mə­sin – de­yə pı­çıl­da­yır. Ba­şım­la ra­zı­lı­ğı­mı bil­di­ri­rəm.

– Suğ­ra ar­vad bil­mə­sin ha!

Bir da­ha Gül­sü­mə söz ve­ri­rəm, ina­nır.

Qa­pı­la­rı­nın ağ­zın­da sa­ğol­la­şı­rıq. Bir an­lıq da­ya­nıb nə­sə fi­kir­lə­şir.

-De­yə­sən, Ba­kı çox bö­yük­dür, hə… Am­ma bu kənd də çox bö­yük­dür, lap şə­hər­ba­zar ki­mi­dir. Yə­qin ki, şə­hər­də özü­nə ər də ta­pa­caq­san…

Əl­ini-əli­nə vu­rub gü­lür. Son­ra özü­nü yı­ğış­dı­rır.

– Mən ge­dim, ki­şi mə­ni ev­də tap­ma­yıb hirs­lə­nər. De­dik­lə­ri­mi ya­dın­dan çı­xart­ma ha, rəng­lə­ri qır­mı­zı ol­sun. Yax­şı yol!

Şə­hər­dən qa­yı­dar­kan əlim­də­ki şey­lə­ri Gül­sü­mə ver­mə­yə tə­lə­si­rəm. Tam o is­tə­dik­lə­ri­ni al­mı­şam. Qoy se­vin­sin. Kən­də ça­tan ki­mi onu ax­ta­rı­ram. Bir az din­cəl­dik­dən son­ra yo­la çı­xıb Suğ­ra ar­vad­dan xə­bər alı­ram. Suğ­ra ar­vad qaş­la­rı­nı ça­tır:

– Eşit­mə­din, ki­şi ölü­b?!

– Eşit­mi­şəm. Bəs o nə oldu?

Suğ­ra ar­vad kök­sü­nü ötü­rür.

– Qon­şu kənd­də yaş­lı bir ki­şi­yə ərə ge­dib. Ney­lə­sin, ögey qı­zı yo­la ver­mə­di. Ki­şi­nin o bi­ri uşaq­la­rı da bura­da qal­ma­ğı­nı is­tə­mə­di­lər. Qar­da­şı ar­va­dı da yi­yə dur­ma­dı. Bir tə­hər dü­züb-qoş­duq, ərə ver­dik, ge­dib bir ti­kə çö­rə­yi­ni ye­sin. Hiss edi­rəm ki, göz­lə­rin­də heç vaxt nəm gö­rün­mə­yən Suğ­ra ar­vad qə­hər­lə­nib.

Kən­din içi ilə bu­ru­lan toz­lu yol bir­dən-bi­rə kim­sə­siz gö­rü­nür mə­nə. Hər tə­rəf­də bir boş­luq uza­nır san­ki. Kə­dər­lə­ni­rəm.

Am­ma kim nə de­yir-de­sin, mə­nə elə gə­lir ki, Gül­süm bu dün­ya­nı qır­mı­zı rəng­də gö­rür­dü. Qır­mı­zı…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: