Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Bu haqda Müstəqil.Az-a müəllif məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır. Rolları: Cavid Quliyev(Elçin), Ceyran Baxışova (Zərrin), Gülnaz Hacıyeva ( Səmra) və Mədinə Hüseynova (Gənc qız) ifa ediblər.
Xronometrajı 120 dəqiqə olan səhnə əsərinin mövzusu gündəlik rastlaşdığımız aktual məişət məsələləri, sevgi və xəyanətdir. Tamaşanın əsas ideyası cəmiyyətə ailələrin dağılması və intihara son qoyulması mesajını ötürməkdir.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Müstəqil.Az