Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşın və 160 nəfər şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.
Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb.
Hadisə nəticəsində 25 nəfər ölüb, 31 nəfər yanğından xilas edilib.