Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib

Ucarda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, avqustun 21-də saat 20:00 radələrində Ucar Rayon Polis Şöbəsinə rayon sakini Zaur Əliyevin idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qəzanın baş verdiyi ərazidə olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı Z.Əliyevin sürücülük hüququ olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilib. Bundan əlavə  sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik maddə olan heroin istifadə etdiyi məlum olub.

Z.Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və o, məhkəmənin qərarına əsasən 7 gün inzibati qaydada həbs edilib.

 

Share: