Narkotiklərin təşviqinə görə cinayət məsuliyyəti müəyyən edilir — Qərar

Narkotiklərin təşviqinə görə cinayət məsuliyyəti müəyyən edilir — Qərar

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Cinayət Məcəlləsinin 234.4.4-cü və 236-cı maddələrinin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılaraq qərar qəbul edilib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2-ci, 234.3-cü, 234.3-1-ci, 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

Narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Milli Məclisə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


Share: