Narkozsuz abort edilən qadın 7 gün komada qaldı – DƏHŞƏT…

Türkiyədə abort edilən gənc qadın narkoz tələb edib, lakin qadına  “Sizə heç bir şey olmaz. Sizin kimilər nazlıdır ” deyilərək narkoz verilməyib.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, iddiaya görə abort zamanı ürəyi dayanan və 7 gün komada qalan qadın şikayətçi olduğu xəstəxanada hadisəni araşdıran mütəxəssisin eyni xəstəxananın həkimi olduğunu anlayanda hüquq mübarizəsi başladıb.
1 uşaq anası qadın hamiləliyini dayandırmaq üçün abort olunub, ancaq xəstəxanadan çıxandan sonra qanaxması dayanmayıb. 25 gün dəfələrlə xəstəxanaya gedən və “heç bir şeyin yoxdur” deyilib geri göndərilən qadın son getdiyi müayinədə huşunu itirəndə həqiqətlər ortaya çıxıb.
Həkimlər abortun natamam olduğunu və  ikinci dəfə abort həyata keçirilməsinin lazım olduğunu bildiriblər. Qadın aborta girərkən tibb bacısının əvvəlki tibb bacısı olduğunu gördüyünü və vəziyyəti ona izah edərək narkoz verilməsini istədiyini deyib. Qadının iddiasına görə tibb bacısı “Sizə heç bir şey olmaz. Sizin kimilər nazlıdır” deyərək ona narkoz verməyib.
Abort zamanı ürəyi dayanan qadın həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb. 7 gün komada qalan qadın xəstəxanadan çıxandan sonra həyat yoldaşı ilə birlikdə tibb bacısından şikayətçi olub.

Share: