NASA da daxil olmaqla dünyanın müxtəlif yerlərindəki kosmik agentliklərin alimləri fevralın 6-sı Türkiyənin cənubu və Suriyanın qərbində baş verən güclü zəlzələlərin peyk məlumatlarını təhlil etməyə başlayıblar.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı NASA-nın “PALSAR-2” peyki görüntülər yayıb.
Həmin görüntülərdə zəlzələnin ən aktiv zərər vurduğu ərazilər 2 rəngdə piksellərlə göstərilib. Qırmızı piksellər dağılmış, sarı piksellər isə zərər görmüş ərazilərdir.