Natavan Həbibinin evliliyi 5 AY ÇƏKDİ – Boşanırlar

“Heç səmimi deyildim son aylarda, ağlayaraq gülməyimi boynuma alıram. Çünki artıq anlamışdım haqlı idiniz. Bu gündən sizdən dəstək istəyirəm, çünki evliliyimizə son qoymağa qərar verdim”.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri instaqram hesabında Natavan Həbibi yazıb. O, izləyicilərin məsləhət almağı üstün tutub və boşanmaq istədiyini yazıb:

 

“Heç səmimi deyildim son aylarda, ağlayaraq gülməyimi boynuma alıram. Çünki anlamışdım haqlı idiniz. Bir çoxunuzun fikrinin düzgün olduğuna əmin olmuşam, lakin sizə qulaq asmamışam. Bu gündən sizdən dəstək istəyirəm, çünki evliliyimizə son qoymağa qərar verdim. Bunun nə qədər çətin olduğunu çox insan bilir. Heç bir xanım həyat younda tək addımlamaq istəməz. Həyat bəzən insanın çiyniniə elə ağır yüklər qoyar ki, o yükün altına girib məhv olmağı, ya da azad olub irəliləməyi seçərsən”.

 

Qeyd edək ki, ifaçı həyat yoldaşı Dado ilə olan fotolarını da instaqram hesabından silib. Cütlüyün nikahı iyul ayında baş tutmuşdu.

 

Share: