Natiq Qasımov kimi Milli Qəhramanın anasının bu şəraitdə yaşaması rəzalətdir-Niyazi Bayramov hara baxır?..

Natiq Qasımov kimi Milli Qəhramanın anasının bu şəraitdə yaşaması rəzalətdir-Niyazi Bayramov hara baxır?..

Rus jurnalisti tərəfindən çəkilən fotoda düşmənə cəsarətini göstərən, canından da əziz tutduğu Azərbaycan bayrağını əlindən buraxmayaraq erməni daşnaq quldurlarınınn müşayiəti ilə məğrurcasına addımladığı əks olunan Natiq Qasımov 1992-ci ilin mart ayının əvvəlləri “Qarabağ şahinləri” batalyonu Ağdamın Xramort kəndi yaxınlığındakı əhəmiyyəti bir yüksəkliyi ələ keçirmək əmri alır. Tapşırığı yerinə yetirmək üçün 31 nəfərlik bir dəstə, yüksəkliyi ələ keçirərək qədim Alban kilsəsində məskunlaşırlar.
Qızğın döyüşlərdə komandir və bir neçə nəfər həlak olur, bir neçə döyüşçü geri hissəyə dönmək məcburiyyətində qalır, Natiq və onunla bərabər 6 nəfər kilsədə qalaraq dəsdəyin gəlməyini gözləyən cəsur əsgərlər erməni daşnaqlarının hücumlarının qarşısını alırlar. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır.

Döyüş yoldaşları həlak olmasına baxmayaraq, Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən yararlanaraq Natiqi təslim olmağa razı salırlar.

Daşnaqlar Natiqin üst- başını axtararırlar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inanmayaraq kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər.
Bu gün mən Natiq Qasımovun şücaətliyindən qürur dolusu danışmaq fikrində deyiləm, çünki bizlər qəhrəmanımızın ruhu önündə günahkarıq. Bilirsiniz niyə?

Hər bir azərbaycan vətəndaşının qürur duyduğu, xüsusən də Müzəffər Ali Baş Komandanımızın qürur duyaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördüyü Natiq Qasımovu dünayaya gətirən, ona vətənini sevməyi öyrədən Dursun ananın həyat şəraitindən, səhətindən heç bir dövlət qurumu maraqlanmır.

Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı veriləndə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlu qaçaraq gedib ananı ziyarət etmişdir. El arasında desək: “xala xətrin qalmasın deyə”…

Əgər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi müəllimin Qəhrəmanımıza yox, Şəhidlərimizə yox, Şəhid Anamıza da yox sadəcə ona etimad göstərərək yüksək vəzifəyə təyin edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Cənablarının qərarına sayğısı olsaydı, Dursun anamızın səhətinə, yatdığı evə baxanda utanc hissi keçirib, anamızı təcili olaraq xəstəxanaya yerləşdirərdi və səlahiyyətindən istifadə edərək onu bir otaqlı mənzillə təmin edərdi.

Bu, bir daha onu göstərir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Cənabları tərəfindən dəyər verilənlər, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Bayramov Niyazi Müzəffər oğlu kimi məmurlar tərəfindən nəinki dəyər verilmir.

Mən ölümə getdiyini bilərək Azərbaycan Bayrağını əlindən yerə qoymayan, millətinin başını uca tutması üçün ölümün gözünə düz baxaraq qürurla addımlayan Natiq Qasımov kimi qeyrətli övladı dünyaya gətirən Dursun anamızın yaşadığı evin görüntülərini ictimayiləşdirməklə, anamıza dəyər verməyən onunla maraqlanmağı özünə rəva bilməyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlu Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının dəmir yumuruğuna tuş gəlməsini ALLAHDAN arzu edirəm.

Qəhrəmanı ilə qürur duyan millətin, qəhrəmanının anasının bu şəraitdə yaşaması millət üçün rəzalətdir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Gəncə Şəhər Nümayəndəliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Hüseynov Rəfayıl Vilayət oğlu qəhrəmanımızın anasını ziyarət edən zaman çəkdiyi foto və videoları diqqətinizə təqdim edirəm.

Hörmətlə,
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri ,
Elşən ULUXANLI

Azinforum.az

Share: