NATO-dan Ermənistandakı hadisələrə reaksiya

NATO-dan Ermənistandakı hadisələrə reaksiya

NATO Ermənistanda baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlılığa çağırıb. Alyans Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izlədiyini bildirib.

NATO sözçüsü Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib: “Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”.

Müstəqil.Az

Share: