Futbol üzrə dünya çempionatının yarımfinalına çıxmış bütün ölkələr NATO-nun üzvüdür.
Publika.az xəbər verir ki, bu haqda ittifaqın Tvitter səhifəsində deyilir.
NATO qarşıdakı yarışlarda komandalara uğurlar arzulayıb. İttifaqdan bildiriblər ki, bu il mundialda NATO-nun 10 üzvü iştirak edirdi.
Qeyd edək ki, mundialın yarımfinalına Fransa, Belçika, İngiltərə və Xorvatiya çıxıb. Fransa-Belçika matçı iyulun 10-da, İngiltərə-Xorvatiya matçı isə iyulun 11-də keçiriləcək.
Qızıl medalların sahib iyulun 15-də məlum olacaq.