NATO İsveç ərazisində nüvə silahı yerləşdirməyəcək.
xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Baş katib Stoltenberq deyib ki, Alyansın nüvə silahına malik müttəfiq ölkələrin siyahısını genişləndirmək kimi bir planı yoxdur və yeni üzv olan İsveçlə bağlı da belə bir plan gözlənilmir.
“Bizim eyni zamanda İsveçə döyüş qrupları yerləşdirmək kimi bir planımız yoxdur, hansı ki Baltikyanı ölkələrdə belə qruplar var. Ümumilkdə isə NATO hərbi bazasının yaradılması və ya nüvə imkanları ilə bağlı məsələ İsveçin suveren şəkildə verəcəyi qərardır”.
İsveç Baş naziri Ulf Kristersson da onun ölkəsinin ərazisində NATO-nun daimi bazasının və nüvə silahın yerləşdirilməsinə hələ ki ehtiyac olmadığını deyib.