NATO Kosovonun Şimalına əlavə qüvvələr və patrullar yerləşdirib.
Müstəqil.Az xəbər verir ki, bu barədə NATO-nun Kosovadakı sülhməramlılarının mərkəzi məlumat yayıb.“Biz Kosovonun şimalındakı vəziyyəti diqqətlə izləyirik. NATO-nun Kosovadakı sülhməramlı missiyası BMT-nin 1999-cu il tarixli 1244 saylı qətnaməsi çərçivəsində hərəkət edir”, – deyə bildirilib.
Açıqlamada qeyd olunub ki, oktyabr ayından etibarən Kosovanın şimal hissəsində missyanın heyəti gücləndirilib və bu həftə əraziyə əlavə qüvvələr və patrullar cəlb olunub.
“Biz bütün aktorlardan NATO ilə koordinasiya şəraitində olmağı və təxribatçı güc nümayişlərindən çəkinmələrini, bütün icmaların təhlükəsizliyini təmin etmələrini gözləyirik.
NATO Kosovodakı bütün icmalar üçün BMT-nin verdiyi mandatı yerinə yetirməyə davam edəcək. Həll yolları dialoq vasitəsilə ilə axtarılmalıdır”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Kosovoda etnik serblərlə hakimiyyət arasında son gərginlik təhlükəli həddə çatıb və Serbiya Kosovaya qoşun yerləşdirməsi ilə bağlı hədələyib.
Son günlər şimali Kosovodakı serblərin etirazının səbəbi terrorda şübhəli bilinən keçmiş polis məmurunun həbsi ilə bağlıdır.
Kosovo Prokurorluğu keçmiş məmuru Şimali Mitrovitsada seçki komissiyasının binasına bombalı hücumda ittiham edir.
Müstəqil.Az