NATO Kosovodakı qüvvələrinə (KFOR) dəstək olaraq bölgəyə əlavə çoxmillətli tabor göndərəcək.
Bu barədə çərşənbə axşamı alyansın Neapoldakı müttəfiq birləşmiş qüvvələrinin komandanlığının yaydığı bəyanatda deyilir.
“Bu yaxınlarda baş verən iğtişaşlar və 30 döyüşçünün xəsarət alması ilə əlaqədar NATO-nun KFOR missiyası Qərbi Balkanlarda operativ ehtiyat qüvvələrinin yerləşdirilməsi barədə əmr verib”, – məlumatda bildirilir.
Komandanlığa əsasən, daha bir çoxmillətli tabor zərurət yaranarsa, mövcud bölmələrin gücləndirilməsi məqsədilə hazırlığın artırılması əmri alıb.
“NATO-nun əlavə kontingentinin Kosovoda yerləşdirilməsi KFOR-u BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq təhlükəsizliyi qorumaq üçün lazımi imkanlarla təmin etmək məqsədilə atılmış vacib addımdır”, – deyə Neapol komandanlığının rəhbəri admiral Stüart Munş bəyan edib.
Mənbə: TASS