NATO-nun növbəti sammiti 2023-cü il 11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.
Bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberqin sözlərinə görə, alyans ölkələrinin liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.
Mənbə: TASS