Uğurlu bal yığımından sonra NATO-nun qərargahı pətəklərin sayını iki dəfə artırmaq qərarına gəlib.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“2020-ci ilin aprel ayından NATO-nun Baş Qərargahında daha geniş yaşıllaşdırma təşəbbüsünün bir hissəsi olaraq bir neçə arı pətəyi yerləşdirilib. Uğurlu bal istehsalı sayəsində iki arı pətəyi ilə başlayan bu sayı indi iki dəfə artaraq dördə çatıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, NATO-da ildə orta hesabla 25 kq bal toplanır. Balın böyük hissəsi alyansın xeyriyyə bazarında satılır.