NATO öz tarixində ən böyük hərbi-hava təlimlərinə başlayıb.
“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Air Defender 23” adlı təlimlər iyunun 23-nə qədər davam edəcək.
“Air Defender 23”də 20-dən çox ölkə, təqribən 250 təyyarə və 10 min hərbçi iştirak edir.
Təlimlər Almaniyanın 4, Niderlandın 1 və Çexiyanın 1 hərbi obyektində keçirilir.