NATO Türkiyə və ABŞ-ın bu addımını alqışladı

Alyansın iki üzvü – ABŞ və Türkiyənin Suriyanın şimalında atəşkəs elan edilməsi ilə bağlı razılaşmasını NATO alqışlayır.

Müstəqil.Az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

O bildirib ki, belə razılaşma Suriyanın şimalında gərginliyin azaldılması üçün zəmin hazırlayacaq.

Qeyd edək ki, oktyabrın 17-də Türkiyə lideri Ərdoğanla ABŞ vitse-prezidenti Pens arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, Türkiyə 120 saat ərzində “Sülh çeşməsi” əməliyyatını dayandırıb. Əvəzində ABŞ YPG-nin başçılıq etdiyi SDQ qüvvələrinin Suriyanın şimal-şərqindən geri çəkiləcəyi və ağır silahların onlardan alınacağını öz üzərinə götürüb.

Kamran Ə.

Share: