Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi bildirib. O qeyd edib ki, Navalnıya və Rusiya hökumətinin digər tənqidçilərinə qarşı siyasi motivli prosedurlar, həmçinin qeyri-insani həbsxana şəraiti Rusiya ədliyyə sisteminin dissidentlərə qarşı necə davrandığını göstərir.
“Biz bunu ən şiddətli şəkildə qınayırıq və Rusiyada siyasi səbəblərdən bütün saxlanılanların təcili azadlığa buraxılmasına çağırırıq”, – Almaniya XİN-in mətbuat katibi qeyd edib.