Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir.
-nın yerli bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil olunan forumda Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Naxçıvan: I Regional Sığorta Forumu”nda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, digər dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, tədbirdə çıxışlar, sığorta şirkətlərinin təqdimatları, panel müzakirələr olacaq.