Naxçıvan istiqamətində atəşkəsi ermənlər pozub – MN

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Müstəqil.Az-ın MN-dən ıldə etdiyi məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir:

“Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

Müstəqil.Az

Share: