Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün iki avtomobilin toqquşması nəticəsində Şahbuz rayon Ayrınc kənd sakinləri, 1989-cu il təvəllüdlü Samir Cəmaləddin oğlu Rəcəbli və 2004-cü il təvəllüdlü Əmrah Habil oğlu Məmmədov, Şahbuz rayon sakini, 1961-ci il təvəllüdlü Qənbər Əbülfəz oğlu Ələkbərov və Babək rayon Güznüt kənd sakini, 1972-ci il təvəllüdlü Qədir Tapdıq oğlu Nəcəfov xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya, Təcili yardım və Cərrahiyə şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.