Son günlərdə internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə məlumatlar yayılıb.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən daxil olan məlumatda bildirir ki, bu məlumat yalan və əsassızdır:” Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri qaydalara uyğun keçiriləcək”.(Publika.az)