Martın 20-i saat 07:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan muxtar respublikası ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb.
-nın Naxçıvan bürosu xəbər verir ki, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.
Yağışın miqdarı
Naxçıvan şəhərində 23 mm, Şahbuzda 20 mm, Şərurda 38 mm, Ordubadda 8 mm, Culfada 11 mm, Kəngərlidə 30 mm, Sədərəkdə 21 mm, Biçənəkdə (Şahbuz) 12 mm və Parağaçayda (Ordubad) 11 mm olub.
Qarın hündürlüyü
Qeyd edək ki, Saat 07:00-a olan məlumata əsasən qarın hündürlüyü Küküdə (Şahbuz) 6 sm, Biçənəkdə (Şahbuz) 6 sm,
Nürgütdə(Ordubad) 10 sm, Ərəfsədə (Culfa) 4 sm və Parağaçayda (Ordubad) 3 sm olub.