Naxçıvandan Azərbaycana ikinci dəhliz də açılacaq

Naxçıvandan Azərbaycana ikinci dəhliz də açılacaq

Ermənistan mediası iddia edir ki, “Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək və bu dəhlizin inşasına hazırlıq üçün göl istiqamətində qurunt yolun çəkilişi başlanılıb”.

İnformasiya rəsmi deyil, lakin Naxçıvanı Azərbaycanla birləşdirəcək ikinci dəhlizin də olacağı fonunda diqqət çəkir.

Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanla birləşdirən birinci dəhlizdir, hazırda dəhlizin inşası həyata keçirilir. Naxçıvandan Azərbaycana ikinci dəhlizin olacağı anonsunu ilk dəfə Prezident Əliyev vermişdi.

2020-ci ilin 1 dekabr tarixində xalqa müraciəti zamanı İlham Əliyev bildirdi ki, “…Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır”.

Sərhəd məsələsinin strateji hədəflərindən biri də budur. Mümkündür ki, Zəngəzur dəhlizinin inşasını davam etdirən Azərbaycan ikinci dəhlizin inşasına da hazırlaşır.

Share: