Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Məhəmməd Əkbərov icraatında olan sonuncu cinayət işini başa çatdırıb.
O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.
Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.
Sail Ağasəlim