Naxçıvanın Muxtar Respublika statusu niyə ləğv edilməlidir?

“Konstitusiya görə Azərbaycanın ərazi quruluşu dövlətin müstəsna hüququdur. Müxtəlif beynəlxalq öhdəliklərin olduğu ilə bağlı məsələni önə çəkənlər də var. Məsələn, Qars müqaviləsi – orada da iştirakçıların biri Türkiyədir. Bu iki ölkə bu məsələdə ümumi bir razılığa gəlsə,  konstitusiya görə də ərazini formalaşdırmaq bizim müstəsna hüququmuzdursa, təbii ki, ləğv etmək mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “Kanal 13”ə açıqlamasında Naxçıvanın Muxtar Respublika statusunun ləğv olunacağı ilə bağlı cəmiyyətdə müzakirə olunan ehtimalları şərh edərkən deyib.

O qeyd edib ki, bunun üçün hansısa ölkədən icazə almağa ehtiyac yoxdur:

“Son zamanlar beynəlxalq tədbirlərdə Ermənistan tərəfinin gözləntisi həm də ondan ibarətdir ki, heç olmasa, Naxçıvan Muxtar Respublikasına bənzər Xankəndi və ətrafında yaşayn ermənilərin hüquqları tanınsın. Bu da gələcəkdə Qarabağ bölgəsində müəyyən maneələrin yaranmasına səbəb olur. Buna doğru atılan addımlardan biri də 14 iqdisadi rayonun yaradılmasıdır. Orada Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon terminləri keçir. Amma bu iqtisadi rayon idarəetmə forması deyil. Növbəti mərhələdə inzibati ərazi bölgüsünə çevriləcəksə, bu zaman Naxçıvanın xüsusi bir statusunun olmasına ehtiyac da qalmır”.


Share: