Nazarbayevin qardaşı oğlu saxlanıldı

Nazarbayevin qardaşı oğlu saxlanıldı

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını mənimsəmədə şübhəli bilinərək saxlayıb. TASS xəbər verir ki, bu barədə bazar günü idarənin mətbuat xidməti məlumat yayıb.

“Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, – deyə məlumatda bildirilib.

Agentliyin məlumatına görə, Satybaldyulinin dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

Müstəqil.Az

Share: