Nazilə Səfərli Kəlbəcərə getdiyini təsdiqlədi

Nazilə Səfərli Kəlbəcərə getdiyini təsdiqlədi

Şairə Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.

Nazilə Səfərlinin sosial şəbəkə hesabından olayla bağlı bu mövqe paylaşılıb:

“Həm özümün, həm də maşınımın portalı (rəsmi icazə nəzərdə tutulur – red.) var. Kəlbəcərə qanunsuz keçmək mümkün də deyil. 4 post keçmişəm. Qanunsuz getmişəmsə, necə buraxıblar?”

***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, N.Səfərlinin Kəlbəcərə səfəri tam qanuni şəkildə olub:

Share: