“Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Kino Agentliyinin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlayıb”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan kino sənəti intibah dövrünə qədəm qoyur:
“Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə agentlik vasitəsilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq”.
Nəzrin Vahid