“Avqust ayında baş verən yanğınların qiymətləndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos “Azersky” peyki vasitəsilə aparıb”.
Oxu.Az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, yanğınlar qısa zamanda az risklər, təsirlərlə söndürülə bilib.
Nazir müavinin sözlərinə görə, 2022-ci ildə Avropada son 15 il ərzində baş verən meşə yanğınları rekord həddə çatıb:
“Nəticədə 700 min hektar meşə ərazisinin yandığı qeyd edilib. Bu il Azərbaycanda 5 100 ha ərazidə yanğın olub ki, onun da 1 600 ha meşə ərazisi təşkil edir”.
İlhamə Əbülfət