Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Gürcüstanın Tbilisi şəhərində keçirilən “Beynəlxalq Rəqəmsal Bağlantı Sammiti, Gürcüstan 2022 – Regionlararası əlaqə və rəqəmsal xidmətlər dəhlizlərinin inkişafı” adlı tədbirdə iştirak edib.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstan Milli Rabitə Komissiyası və Dünya Bankının birgə təşkilatçılığı ilə keçirilib.
S.Məmmədov “Regionlararası rəqəmsal dəhlizlərin inkişaf imkanları” mövzusundakı paneldə çıxış edib. Həmçinin nazir müavini Samir Məmmədovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili arasında ikitərəfli görüş keçirilib.