Prezident İlham Əliyevin Sərəncamı ilə Nadir Hüseynov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib.
Müstəqil.az Trend-ə istinadən xəbər verir ki, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.