“İslahatları çərçivəsində müəyyən şəxslər təqaüd yaşı tamam olmadan pensiya ala bilərlər”.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində keçirilən mətbuat konfransında bildirib. A.Kərimov deyib ki, əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır:
“Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır”.
Nazir müavini qeyd edib ki, bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək.