Nazir polkovniki I müavin təyin etdi

Nazir polkovniki I müavin təyin etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Əmrə əsasən, polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib. 

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.


Share: